Ərəblər Avropada, afrikalı miqrantları isə Yəməndə...

2017-ci ilin başlanğıcından bu günə qədər Yəməndə afrikalı miqrantların sayı 30 mini keçib. Anadolu agentliyi xəbər verir ki, 2016-cı il 117 mindən çox miqrant dəniz yolundan istifadə edərək ölkəyə daxil olub.

Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının verdiyi məlumata görə, qaçaqmalçılar təhlükəsizlik xidmətinin əməkdaşlarını gördükləri anda miqrantları suya tullanmağa məcbur ediblər.

Afrika ölkələrindən Yəmənə gələn miqrantlar bir il burada qaldıqdan sonra Səudiyyə Ərəbistanına keçməyə çalışırlar. Bəziləri isə Yəməndə qalmağa üstünlük verirlər. Beynəlxalq Miqrasiya Təşkilatı avqustun 10-da Yəmən sahillərində dənizə atılan və əksəriyyəti gənc olan 120 afrikalı miqrantın 51-nin boğulduğunu açıqlayıb.

loading...