Fransada 700-ə yaxın adam təxliyə olunub

Fransanın Korsika adasında güclü meşə yanğınları səbəbindən 700-ə yaxın adam təxliyə olunub. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, təxliyə olunanların əksəriyyətinin istirahət üçün adaya gəlmələr olduğu bildirilir.

Daha öncə yanğının Yuxarı Korsika Departamentində baş verdiyi və 70-100 hektar ərazini əhatə etdiyi barədə məlumat verilmişdi.

Qeyd edək ki, iyulun ortalarından başlayaraq yanğınlar nəticəsində Fransa və Korsikada ümumilikdə 7 min hektar bitki örtüyü məhv olub.

Müəllif: Ceyhun Rasimoğlu
loading...