Peru-Venesuela qalmaqalı böyüyür

Peru hökuməti Venesuela səfirinin ölkədən çıxması barədə qərar qəbul edib. Xarici saytlar xəbər verir ki, Peru apreldə Venesuelada başlanan böhrandan sonra Karakas hökumətinə qarşı belə bir addım atan ilk Latın Amerikası ölkəsi olub. Peru Xarici İşlər Nazirliyindən bildiriblər ki, venesuelalı diplomat Dieqo Moleroya ölkədən çıxmaq üçün 5 gün vaxt verilib.

Bir neçə gün əvvəl Perunun təşkilatçılığı ilə Venesuelada vəziyyəti müzakirə etmək üçün regional toplantı keçirilib. Toplantıda iştirak edən 17 ölkədən 12-si bu görüşü qeyri-qanuni hesab edib.

Bütün xəbərlər Facebook səhifəmizdə