Avropada zəhərli yumurta qalmaqalı

Avropa ölkələrindəki zəhərli yumurta qalmaqalı ilə bağlı xəbərdarlıq edilib. Avropa İttifaqı sağlamlıq və qida təhlükəsizliyi komissiyası üzvü Vytenis Andriukaitis zəhərli yumurta qalmaqalından sonra Hollandiya və Belçikaya bir-birini günahlandırmağa son qoymaları çağırışını edib.

O, Avropa İttifaqı ölkələri nazirlərilə iki ölkənin rəsmi şəxslərinin təcili olaraq bir yerə toplanıb, qərar qəbul etmələrinin vacib olduğunu deyib.

Qeyd edək ki, Hollandiya və Belçikada toyuq fermalarında istifadə edilən "Fipronil” adlı həşərat dərmanının yumurtalara qarışdığı faktı aşkarlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə