Fırtına xəbərdarlığı Moskvada

Moskvada bu gün fırtına olacağı barədə xəbərdarlıq edilib. SİA-nın "RİA Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, Rusiya Fövqəladə Hallar Nazirliyi yaxın 3 saat ərzində Moskvada hava şəraitinin kəskin pisləşəcəyini, yağış, tufan, dolu və sürəti saniyədə 12-17 metrə çatan güclü külək gözləndiyini açıqlayıb. Avtomobil yollarını su basacağı gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə