Abxaziyada təyyarə qəzaya uğradı, üç Rusiya vətəndaşı öldü

Abxaziyada kiçik mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində üç Rusiya vətəndaşı ölüb. APA-nın “Sputnik Abxaziya”ya istinadən verdiyi xəbərə görə, insident Pitsunda rayonunda qeydə alınıb.

Məlumata görə, qəzaya uğramış təyyarə Rusiyanın özəl aviaklublarından birinə məxsus olub. Ölənlər arasında 11 yaşlı qızın olduğu bildirilir. Hadisə yerinə xilasedicilər cəlb edilib. Hadisənin səbəbləri araşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə