İndoneziya sahillərində zəlzələ olub

İndoneziya sahillərində zəlzələ baş verib. Trend-in məlumatına görə, ABŞ Geoloji Xidməti təkanların 5,8 bal gücündə olduğu barədə xəbər yayıb. Yeraltı təkanlar gündüz saatlarında qeydə alınıb.

Zəlzələnin episentrinin Buru adasında Leksula yaşayış məntəqəsindən 56 km məsafədə və 14.9 km dərinlikdə olduğu bildirilib. Təlafat və dağıntılar barədə məlumat verilməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə