Gürcüstanın keçmiş prezidenti, Odessa vilayətinin eks-qubernatoru Mixeil Saakaşvilinin onun Ukrayna vətəndaşlığından məhrum edilməsinə qarşı çıxan tərəfdarlarının Kiyevdəki Müstəqillik meydanında mitinqi başlayıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, azsaylı mitinq iştirakçıları Müstəqillik stelası yaxınlığında toplaşıblar, onlar əllərində Ukrayna milli bayraqlarını tutublar. İstəyən hər kəs açıq mikrofon rejimində Saakaşviliyə dəstəkçıxışları edirlər.

Nümayişçilər vətəndaşlıqdan məhrum etmə barədə qərarı ləğv etmək tələbi ilə prezidentin ünvanına petisiya təqdim etmək, eləcə də prezident fərmanından məhkəmədə qarşı çıxmaq niyyətlərini bəyan ediblər.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə