Lukaşenkodan Poroşenkoya: "Bir-birimizin yanında olmalıyıq"

Belarus Prezidenti Aleksandr Lukaşenko Ukrayna Prezidenti Pyotr Poroşenko ilə söhbəti zamanı belarus, rus və ukraynalıları Şərqi Avropa sivilizasiyasının əsası adlandırıb. Axar.az xəbər verir ki, bu barədə Belarus prezidentinin rəsmi saytı informasiya yayıb.

“Biz həmişə bir-birimizə kömək etməli, bir-birimizin yanında olmalıyıq. Əsas olan budur. Hətta müqavilələrdən belə daha vacibdir. Bunlar bizim münasibətlərimizin əsasını təşkil edir. Məsələyə ciddi diqqət yetirdiyiniz üçün mən sizə minnətdaram. Bunları münasibətlərimizin əsası olaraq siz müəyyən etmisiniz. Qalan hər şey qaydasına düşəcək”, - deyə Lukoşenko bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə