Kaliforniya ştatında meşə yanğını genişlənir

ABŞ-ın Kaliforniya ştatında günlərdir davam edən meşə yanğınının miqyası genişlənib. “Cnn.com” saytı xəbər verir ki, təbii fəlakət artıq 18 min hektar meşə sahəsini əhatə edir. Yanğın nəticəsində elektrik və su təchizatında problemlər yaranıb, 1500-ə yaxın tikili yanma təhlükəsi ilə üzləşib. Minlərlə sakin evini tərk etməli olub. Alovla mübarizəyə iki mindən çox yanğınsöndürən cəlb edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə