ABŞ Ali Məhkəməsi Trampın tələbini rədd edib

ABŞ Prezidenti Donald Trampın tələbi rədd edilib. Axar.az xəbər verir ki, ABŞ Ali Məhkəməsi Trampın 6 ölkədən viza almaq istəyən vətəndaşların "ailə bağlılığı"nın araşdırılmasının genişləndirilməsi ilə bağlı tələbindən imtina edib.

Bu qərara görə, ABŞ-da qohumları olan (nənə, baba, qayınata, xala, bibi, qardaş, əmioğlu) şəxslərə məhdudiyyət tətbiq edilməyəcək. Bu barədə Ali Məhkəmənin bəyanatında bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə