Bu ölkədə ölənlərin sayı, doğulanlardan iki dəfə çoxdur

Ukraynanın Dövlət Statistika Xidmətinin məlumatına görə, cari il iyunun 1-nə ölkə əhalisinin sayı 42 milyon 482 min nəfərdir ki, bu da ilin əvvəli ilə müqayisədə 102,6 min nəfər azdır.

Xidmətin açıqlamasında bildirilir ki, yanvar-may aylarında Ukraynada 147 138 uşaq doğulub. Ötən ilin müvafiq dövründə isə 159 548 uşaq dünyaya gəlmişdi.

Yanvar-may aylarında Ukraynada ölənlərin sayı 106 430 nəfər olub. Ötən ilin müvafiq dövründə isə bu göstərici 93 078 nəfər idi.

Xidmətin məlumatında qeyd olunur ki, Ukraynada hər 100 nəfər ölənin müqabilində cəmi 58 nəfər dünyaya göz açır.

Bütün xəbərlər Facebook səhifəmizdə