Yəmənə endirilən aviazərbə nəticəsində ən azı 20 dinc sakin həlak olub. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, dinc sakinlər qrupuna aviazərbə dünən axşam Yəmənin cənub-qərbindəki Taiz əyalətində endirilib, ölənlərin əksəriyyəti bir ailənin üzvləridir.

Yerli sakinlər zərbəni Yəməndə fəaliyyət göstərən Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya təyyarəsinin endirdiyini bildirirlər.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə