Argentinada 7 nəfər soyuqdan ölüb

Argentidada görünməmiş soyuqlar 7 nəfərin ölümünə səbəb olub. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, həftənin çərşənbə axşamı günü Neuquen və Misiones bölgəsində 2 nəfər donmadan həlak olub. Şaxta qurbanlarının hər ikisinin yaşlı olduğu deyilir. Digər 5 qurban isə donmadan deyil, havanın kəskin soyuq olması ilə əlaqədar istifadə etdikləri sobanın qaz sızmasından həlak olublar.

Ötən həftədən başlayan güclü şaxta Bariloçe şəhərində bu ərazi üçün rekord sayılan -25.4 dərəcə olub. Lakin ümumilikdə bölgədə -29 dərəcə şaxta olduğu açıqlanıb.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə