İsti hava 6 nəfərin ölümünə səbəb oldu

Yaponiyada isti hava 6 nəfərin ölümünə səbəb olub. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, son bir həftə ərzində 7 mindən çox insan xəstəxanalara yerləşdirilib ki, bu da bir nəftə öncəki göstəricidən 1.8 dəfə çoxdur. Xəstəxanaya çatdırlan şəxslərdən 170 nəfəri üçhəftəlik, 2 mindən çox şəxs isə daha qısa müddətli müalicəyə cəlb olunublar.

Zərərçəkənlərin 49.5 faizini 65 yaşından yuxarı olanlar təşkil edir.

Qeyd edək ki, isti hava şəraitinin bu həftə də davam edəcəyi gözlənilir.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə