"Həmas"dan İsrailə xəbərdarlıq: "Qırmızı xətti keçsə..."

Son günlər edilən hücumları görməzdən gəlmək olmaz. Hücumların davam edəcəyi və geri addım atılmayacağı təqdirdə təzyiqin ciddi mənada yüksələcəyi və məsuliyyətin İsrailin üzərinə düşəcəyi barədə xəbərdarlıq edirik. Axar.az xəbər verir ki, bu barədə "Həmas" və "İslami Cihad" təşkilatının İsrailə xəbərdarlığında deyilib. Hərəkat Əqsa məscidinin qırmızı xətt olduğuna diqqət çəkib: "Məscidül-Əqsa qırmızı xəttdir və ora toxunulmasına susmaq mümkün deyil".

Hərəkat sonda İsrailə Məscidül-Əqsaya edilən hücumlara son verərək Əqsanın suverenliyinin əvvəllər olduğu kimi Qüds İslam Vəqf dairəsinə verilməsinə çağırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə