Toyunu təxirə saldı, evsiz insanlara yemək payladı

ABŞ-ın İndiana ştatında yaşayan 25 yaşlı Sara Kammins toyu təxirə salınandan sonra xeyirxah addım atıb. Qaynarinfo xəbər verir ki, dəbdəbəli hoteldə 170 nəfər üçün rezervasiya edilən 30 min dollar dəyərində toy mərasimi ləğv ediləndən sonra Sara yeməklərin hədər getməməsi üçün gözlənilməz addım atıb.

Dəvətlilərə toyun olmayacağını deyəndən sonra o evsiz insanları yeməyə dəvət edib və onların doymasına və yaxşı vaxt keçirməsinə səbəb olub. Mərasimdə bahalı və ləzzətli yeməklərə qonaq olan şəxslər bundan çox məmnun olduqlarını dilə gətirib. Toydan sonra Dominikan Respublikasına səyahət planlaşdıran gənc qadın bu səfərə anası ilə birlikdə gedib.

Bütün xəbərlər Facebook səhifəmizdə