San-Marino dünyada 5G texnologiyasına keçən ilk ölkə olacaq

San-Marino respublikası dünyada 5G texnologiyasına keçən ilk ölkə olacaq. Axar.az xəbər verir ki, ölkə yeni nəsil texnologiyalara 2018-ci ilin sonlarında keçəcək. San-Marino hər tərəfdən İtaliya əraziləri ilə əhatə olunub. Yerli operator “Telecom İtalia Mobile” cırtdan ölkənin ərazisindən yeni nəsil texnologiyanın təcrübə məqsədli tətbiqi üçün istifadə edəcək.

2017-ci il ərzində operator şirkəti San-Marinonun 5G texnologiyasına keçidi üçün əsas infrastrukturu formalaşdıracaq. “Telecom İtalia Mobile” həmçinin Milan və Turin kimi iri şəhərlərdə də təcrübə proqramını həyata keçirməyi planlaşdırır. TİM-in texniki direktoru Covanni Feriqonun sözlərinə görə, Avropa 2G texnologiyasının inkişafında əsas rol oynamışdı, sonradan Asiyaya 3G və ABŞ-a 4G texnologiyalarının inkişafı prosesində uduzdu. 5G texnologiyasının inkişafı ilə şirkət Avropaya standartların yaradılması sahəsində liderliyi qaytarmaq istəyir.

Avropa komissiyasının açıqlamasına görə, 2025-ci ilə qədər yeni nəsil 5G texnologiyasına keçid üçün 113 milyard avro vəsait tələb olunur. Avropa ərazisində zəruri infrastrukturun formalaşdırılması üçün 56 milyard avro və 2.5 milyon yeni iş yerinə ehtiyyac var.

Bütün xəbərlər Facebook səhifəmizdə