"NATO dialoqdan qaçır." Axar.az xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər naziri Sergey Lavrov alman həmkarı Ziqmar Qabriyel ilə görüşündən sonra təşkil edilən mətbuat konfransında çıxışı zamanı deyib.

“Biz hərbi mütəxəssislərin müzakirə masasına oturmasını çoxdan təklif etmişdik. NATO-dakı həmkarlarımızın söhbətdən qaçması Avropadakı güc nisbətini yaxşı bildiklərinin göstəricisidir”, - XİN rəhbəri bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə