Moskva: "ABŞ-ın sanksiyalarına qarşı cavab tədbirləri hazırlanıb"

ABŞ-ın rusiyalı diplomatlara tətbiq etdiyi sanksiyalara qarşı cavab tədbirləri hazırlanıb. Axar.az xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

O bildirib ki, məsələ yalnız XİN tərəfindən həll ediləcək. Qeyd edək ki, rəsmi Vaşinqton 2016-cı ilin dekabrında bir qrup rusiyalı diplomatı sanksiya siyahısına salmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə