Liviya ordusu bir neçə rayonu İŞİD və Əl-Qaidədən azad edib

Liviya ordusu Benqazi vilayətində bir neçə rayonu İŞİD və Əl-Qaidə terrorçularından azad edib. Axar.az xəbər verir ki, bu barədə RİA məlumat yayıb. “Ordu qüvvələri Əl-Haşiş, Ömər əl-Muxtar, Amra İbn əl-Əsa və mərkəzdəki Əl-Xəlic bölgələrinə nəzarəti ələ keçirib. Azad edilən ərazilərin minalardan təmizlənməsi işləri həyata keçirilir”, - məlumatda bildirilib.

Qeyd edək ki, Liviya 2 ildən çoxdur ki, ölkə ərazisində İŞİD və Əl-Qaidəyə qarşı mübarizə aparır.

Bütün xəbərlər Facebook səhifəmizdə