ABŞ Dövlət Departamentindən şok açıqlama

PKK və YPG terror təşkilatları azyaşlılardan istifadə edir

Amerika Birləşmiş Ştatlarının Dövlət Departamenti PKK və onun Suriya üzrə qolu hesab olunan YPG terror təşkilatının azyaşlılardan istifadə etməsinə dair açıqlama yayıb.
Türkiyə KİV-ləri xəbər verir ki, bu barədə faktlar Dövlət Departamentinin 2016-cı il üzrə insan alverinə dair hesabatında qeyd olunub. Hesabatda bildirilir ki, PKK və YPG təxminən 12 yaşlı kürd və yezidi qız və oğlan uşaqlarını zorla İraqın şimalındakı münaqişələrə cəlb edib. İŞİD terrorçu qruplaşması da daxil olmaqla, terror təşkilatlarının zorla istismar etdikləri azyaşlı uşaqlar müdafiəsiz qalıblar.
ABŞ dövlət katibi Reks Tillerson hesabatla bağlı açıqlamasında qeyd edib ki, hazırda insan alveri insan haqlarının qorunması məsələsini acınacaqlı bir vəziyyətə salıb.

Bütün xəbərlər Facebook səhifəmizdə