Liviyanın paytaxtı Tripolinin şərq sahilindəki çimərlikdə Avropaya keçmək istəyən 25 miqrantın cəsədi tapılıb. Fransa KİV-ləri bildirir ki, miqrantların boğularaq öldüyü ehtimal edilir.

Dünən İtaliya hakimiyyət orqanları son 48 saatda Aralıq dənizi sahillərində 8 mindən çox miqrantın xilas edildiyi barədə məlumat yaymışdı. Liviya Sahil Mühafizə Xidməti isə daha 147 nəfəri boğulmaq təhlükəsindən xilas edib.

Avropa üz tutan miqrantların əksəriyyəti Kamerun, Sudan, Seneqal və Malidən olan gənclərdir.

Bütün xəbərlər Facebook səhifəmizdə