Türkiyədə 12 PKK terrorçusu məhv edildi

Türkiyənin Bingöl vilayətinin Gənc mahalı və Elazığ vilayətinin Qaraqoçan mahalında PKK terrorçuları ilə qarşıdurma olub. Axar.az “Doğan” xəbər agentliyinə istinadən xəbər verir ki, qarşıdurmada Bingöldə 11, Elazığda 1 terrorçu öldürülüb.

“Hərbçilər xüsusi əməliyyat nəticəsində partlayıcı maddələr, 8 "Kalaşnikov" avtomatı və digər silahlar ələ keçirməyə müvəffəq olub”, - məlumatda qeyd olunub. Hər iki ərazidə əməliyyatların davam etdiyi bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə