Qəzzafinin oğlu Səudiyyə Ərəbistanının mərhum kralı haqqında ŞOK açıqlama yaydı

Müəmmər Qəzzafinin oğlu Sadi Səudiyyə Ərəbistanının mərhum kralı Abdullaha sui-qəsd planının Qətər ilə deyil, Birləşmiş Ərəb Əmirliyinin (BƏƏ) əmiri Zayedlə əlaqəli olduğunu söyləyib.

Axar.az xəbər verir ki, “Middl İst Ay” saytı Qəzzafinin oğlu Sadinin 2014-ci ildə verdiyi bir müsahibədə sui-qəsd şübhəlisi olan İsmayılın Əbu Dabi şahzadəsi Məhəmməd bin Zayed ilə yaxın dost olduğunu və onun telefon nömrəsini saxladığını söylədiyini bildirib. Sadi Qəzzafinin iqtidardan getməsindən sonra İsmayılın BƏƏ vətəndaşlığı aldığını qeyd edib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanının Xarici İşlər naziri Adil Cübeyr verdiyi açıqlamasında Qətərin keçmiş əmiri Şeyx Hamad ibn Xəlifə əl-Saninin Liviyanın keçmiş lideri Müəmmər Qəzzafi ilə birlikdə 2003-ci ildə Səudiyyə kralı Abdullah ibn Əbdüləzizi öldürmək üçün plan qurduğunu iddia etmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə