İspaniya portalı “Formula-1”-dən yazıb

İspaniyanın avtomobil idmanı sahəsində ixtisaslaşmış motor.es portalında “Azərbaycan Qran-Prisinin texniki analizi” sərlövhəli məqalə dərc edilib. Portalın redaktoru və analitiki David Plazanın qələmə aldığı yazıda “Formula-1” Azərbaycan Qran-Prisinin nəticələri geniş təhlil olunub.

Məqalədə Bakı trekində 2,2 kilometr uzunluqda yüksək sürətli hissənin mövcudluğu və bunun bolidlərin texniki göstəricilərinin nümayiş etdirilməsi üçün ən uğurlu yer olması qeyd olunur. Bolidlərin Kanada Qran-Prisi və Azərbaycan Qran-Prisi üçün texniki hazırlığının fərqlərinə diqqət ayıran müəllif ətraflı təhlillə çıxış edib.

Bütün xəbərlər Facebook səhifəmizdə