ABŞ və Rusiya XİN rəhbərləri arasında telefon danışığı olub

Rusiya xarici işlər naziri Sergey Lavrov və ABŞ-ın dövlət katibi Reks Tillerson arasında telefon danışığı olub. Bu barədə Rusiya XİN açıqlama yayıb.

“Söhbət zamanı tərəflər, atəşkəs rejiminin möhkəmləndirilməsi daxil olmaqla, Suriyada münaqişənin nizamlanması, terror qruplaşmalarına qarşı mübarizədə səylərin artırılması məsələlərini müzakirə edib, kimyəvi maddələrdən istifadə hallarının qarşısının alınmasının vacibliyini vurğulayıblar”, məlumatda deyilir. Danışıqlar ABŞ tərəfinin təşəbbüsü ilə keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə