Poroşenko: "Ruslar bizdən qisas almaq istəyirlər”

Ukraynanı qaz tranziti gəlirlərindən məhrum etmək Rusiyanın “Şimal axını-2” layihəsinin hədəfidir. Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ukrayna Prezidenti Pyotr Poroşenko söyləyib.

“Şimal axını-2-də Rusiyanı iqtisadi və energetika hədəfləri maraqlandırmır. Onlar sadəcə bizi əldə etdiyimiz 2 milyard dollardan məhrum etmək istəyirlər. Bu həm də “Naftoqaz” və “Qazprom” arasında Stokholm Arbitraj Məhkəməsində baş tutan məhkəmə ilə əlaqədardır. Ruslar Stokholmda qələbə qazandığımıza görə, bizdən qisas almaq istəyirlər” – deyə o bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə