Səudiyyə Ərəbistanından Türkiyə açıqlaması: "Yalandır"

Səudiyyə Ərəbistanının Türkiyəyə səfər etmək istəyən vətəndaşlarını xəbərdar etməsi ilə bağlı yayılan informasiya yalandır. Axar.az xəbər verir ki, bu barədə məlumatı Səudiyyə Ərəbistanının Ankara səfirliyi yayıb.

Qeyd edək ki, bir müddət əvvəl mətbuatda Səudiyyə Ərəbistanın Ankara səfirliyinin Türkiyəyə səfər etmək istəyən səudiyyəliləri xəbərdar etməsi ilə bağlı informasiyalar yayılmışdı. Xəbərdə Ər-Riyadın Qətərə səfərlə bağlı qoyduğu qadağaların Türkiyə üçün də keçərli olduğu bildirilmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə