NATO generalı: “Breksit bizə təsir etməyəcək”

Britaniyanın Avropa Birliyindən çıxması NATO-ya mənfi təsir göstərməyəcək. Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında NATO-nun Hərbi Komitəsinin rəhbəri general Pyotr Pavel söyləyib.

Qeyd edək ki, Britaniya keçən ilin iyununda Avropa Birliyindən çıxmaq haqqında qərar qəbul edib. Londonun AB-dən ayrılması birlik ölkələrinin çoxunun etirazına səbəb olub. Onlar Londonun AB-yə borcunun 100 milyard avro olduğunu bildirsələr də Britaniya bu tələblərin heç birini qəbul etməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə