Pakistanda həlak olanların sayı 152-yə çatıb

Pakistanın şərqində, Pəncab əyalətində yanacaq daşıyan maşının aşması nəticəsində həlak olanların sayı 152-yə çatıb. Yerli mətbuatın verdiyi məlumata görə qəzada 110-dan çox adam yaralanıb.

Yerli əhali aşan maşındakı yanacağı toplamağa başlayıb. Sonra gözlənilmədən partlayış baş verib. Nəticədə onlarla maşın və 75 motosiklet yanıb. Yanğını bir neçə saatdan sonra söndürmək mümkün olub.

Qanlı hadisənin səbəbləri araşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə