Meksikada polis rəisini və 4 uşağını öldürdülər! (TƏCİLİ)

Meksikanın Veracruz əyalətində restorana basqın edən silahlı şəxslər 4-ü uşaq olmaqla 11 nəfəri öldürüb. Anadolu agentliyinin xəbərinə görə, Veracruz əyalətinin qubernatoru Migel Angel Yunes sosial mediada yaydığı videoda, əyalətin Cardel şəhərində bir restoranda yemək yeyən və aralarında ştatın federal polis rəisi Camilo Castagne ilə 4 uşağın da olduğu 11 nəfərin öldürüldüyünü açıqlayıb.

Cinayəti törədənləri “əjdaha və alçaq” kimi qiymətləndirən Yunes, ölkədəki mütəşəkkil cinayətkarların üzərinə gedəcəyinə dair verdiyi sözü təkrarlayıb. O, "Nə olursa olsun, hər şeyi edəcəyik. Veracruz bu heyvanların əsiri olmayacaq", deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə