Pakistanda növbəti terakt: 6 uşaq öldü

Pakistanın Vəziristan əyalətində oyuncağa quraşdırılmış bombanın partlaması nəticəsində 6 uşaq ölüb, 2-si yaralanıb. Axar.az xəbər verir ki, bu barədə məlumatı Pakistan mətbuatı yayıb.

Mətbuat bombanı oyuncaq üzərinə kimlərin quraşdırdığının hələ də bəlli olmadığını bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə