Abadi açıqladı: İŞİD-i zəiflətdərək məhv edirik

Əsgərlərimizin köməyi ilə İŞİD-i hərbi cəhətdən zəiflətdərək məhv edirik. Biz onlardan daha güclü olduğumuzu sübut etdik. Axar.az xəbər verir ki, bu sözləri İraq Baş naziri Heydər Abadi deyib. Bağdadın Karada bölgəsində baş verən terror aktında həyatını itirənlərin ailəsi ilə görüşən baş nazir bu il İŞİD-in bir çox hücumlarının qarşısını aldığını bildirib.

Qeyd edək ki, keçən il iyulun 3-də İŞİD-in Bağdadın Karada bölgəsində törətdiyi teraktda 300-dən çox insan həyatını itirmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə