Quba şəhərinin yeni turizm xəritəsi hazırlanıb

Quba Destinasiya Menecmenti Təşkilatı tərəfindən Qubada fəaliyyət göstərən turizm sənayesi nümayəndələri üçün yeni turizm xəritələri hazırlanıb. SİA-nın Şimal bürosu xəbər verir ki, xüsusi dizaynda tərtib olunan turizm vəsaitlərində Quba şəhərinin, həmçinin Quba-Qusar rayonlarının regional xəritələri, turizm məkanları və turistlər üçün nəzərdə tutulmuş məhsullar öz əksini tapıb.

İngilis dilində hazırlanan A3 ölçülü xəritələr hər bağlamada 100 ədəd olmaqla hotellərə və turizm şirkətlərinə təqdim ediləcək. Bu xəritələr turizm müəssisələrinə müraciət edən qonaqlara regiondakı ziyarət olunmalı məkanlarla bağlı tövsiyələr verilməsi üçün münasib vasitədir.

Tezliklə Qusar şəhərinin xəritəsi də istifadə üçün hazır olacaq.

Xəritələr ilin sonunadək turizm sənayesi nümayəndələrinə pulsuz veriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə