Dövlət Turizm Agentliyi KİV nümayəndələrini müsabiqədə aktiv iştirak etməyə çağırıb

Dövlət Turizm Agentliyi KİV nümayəndələrini müsabiqədə aktiv iştirak etməyə çağırıb. SİA-nın verdiyi məlumata görə, KİV nümayəndələrinə müraciətdə deyilir:

Bildiyiniz kimi, Dövlət Turizm Agentliyi 27 sentyabr – Ümumdünya Turizm Günü ilə əlaqədar KİV nümayəndələri və fotoqraflar arasında müsabiqə elan edib. SİA-nın verdiyi xəbərə görə, müsabiqədə ilk 3-cü yeri tutumuş şəxslərə qiymətli hədiyyələr təqdim olunacaq.

Belə ki, məqalə, foto və TV süjeti nominasiyaları üzrə ilk üç yeri tutmuş nominantlara noutbuklar, planşetlər və smartfonlar hədiyyə ediləcək.

Digər yerlərin sahiblərinə isə müxtəlif hədiyyələr təqdim olunacaq.

Noyabrın 10-dək davam edəcək müsabiqədə hər birinizi aktiv iştirak etməyə dəvət edirik.

“Azərbaycanın turizm potensialı və ondan istifadə imkanları” mövzusunda keçirilən müsabiqə barədə daha ətraflı bu keçid vasitəsilə tanış ola bilərsiniz:
http://bit.ly/2BYsmnH

Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə