Azərbaycandan Gürcüstana bu il səfər edənlərin sayı açıqlanıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandan Gürcüstana 1 169 831 nəfər səfər edib. “Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Turizm Administrasiyasının hesabatında bildirilib.

Ötən ilin eyni dövrü ilə müqayisədə qonşu ölkəyə ziyarət edən azərbaycanlı turistlərin sayında 74 984 nəfər və ya 6,8% artım qeydə alınıb. Hesabat dövründə Azərbaycan Gürcüstana səfər edən beynəlxalq ziyarətçilərin sayı baxımından ikinci yeri tutub. Birinci yerdə Rusiya (1 205 974 nəfər), üçüncü yerdə isə Ermənistan (993 144) qərarlaşıb.

Bu ilin ilk doqquz ayı ərzində Gürcüstana, ümumilikdə, 7 237 560 əcnəbi ziyarətçi səfər edib. Bu göstərici illik müqayisədə 6,6% artıb.

Bütün xəbərlər Facebook səhifəmizdə