"Bakutel” sərgisində üz tanıma texnologiyası nümayiş etdirilib

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi (HMH) hər il olduğu kimi bu dəfə də "Bakutel 2019" sərgisində öz məhsullarını təqdim edir. SİA-nın verdiyi xəbərə görə, sərgi çərçivəsində "SmartCell" üz tanıma texnologiyası nümayiş olunur. "SmartCell" üz tanıma texnologiyası (Face ID) ilə mobil nömrələrin satışını həyata keçirən rəqəmsal nömrə satışı sistemdir.

"SmartCell" operatorlar üçün müştərinin və satıcının şəkil və "Elektron imza" ilə identifikasiyası, müştərinin iştirakı ilə real vaxt rejimində əldə edilmiş şəklin şəxsiyyət vəsiqəsindəki şəkil ilə eyniləşdirilməsi, elektron müqavilə, real vaxt rejimində məlumatların əldə edilməsi, arxiv işlərinin minimallaşdırılması və sair bu kimi üstünlüklər qazandırır. Müştəri üçün isə şəxsin xəbəri və iştirakı olmadan adına nömrənin rəsmiləşdirilməsinin qarşısının alınması, vaxta qənaət, elektron müqavilə və elektron imza ilə əməliyyatın aparılması kimi üstünlüklər qazandırır. Sözügedən texnologiya gələcəkdə bank və maliyyə sahələrində də tətbiq edilə biləcək. Müştərilərə məsafədən xidmət üçün isə əvəzsiz resursdur. Bu texnologiyanın tətbiqi zamanı prosesin videoçəkilişini də əldə etmək mümkündür.

Onu da qeyd edək ki, bütün bunlar qanunvericiliyin tələblərinə tam uyğundur.etdirilir Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi (HMH) hər il olduğu kimi bu dəfə də "Bakutel 2019" sərgisində öz məhsullarını təqdim edir. Sərgi çərçivəsində "SmartCell" üz tanıma texnologiyası nümayiş olunur. "SmartCell" üz tanıma texnologiyası (Face ID) ilə mobil nömrələrin satışını həyata keçirən rəqəmsal nömrə satışı sistemdir. "SmartCell" operatorlar üçün müştərinin və satıcının şəkil və "Elektron imza" ilə identifikasiyası, müştərinin iştirakı ilə real vaxt rejimində əldə edilmiş şəklin şəxsiyyət vəsiqəsindəki şəkil ilə eyniləşdirilməsi, elektron müqavilə, real vaxt rejimində məlumatların əldə edilməsi, arxiv işlərinin minimallaşdırılması və sair bu kimi üstünlüklər qazandırır. Müştəri üçün isə şəxsin xəbəri və iştirakı olmadan adına nömrənin rəsmiləşdirilməsinin qarşısının alınması, vaxta qənaət, elektron müqavilə və elektron imza ilə əməliyyatın aparılması kimi üstünlüklər qazandırır. Sözügedən texnologiya gələcəkdə bank və maliyyə sahələrində də tətbiq edilə biləcək. Müştərilərə məsafədən xidmət üçün isə əvəzsiz resursdur. Bu texnologiyanın tətbiqi zamanı prosesin videoçəkilişini də əldə etmək mümkündür.

Onu da qeyd edək ki, bütün bunlar qanunvericiliyin tələblərinə tam uyğundur.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə