2022-ci ildə keçiriləcək 73-cü Beynəlxalq Astronavtika Konqresinə Azərbaycan ev sahibliyi edəcək

Azərbaycan Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etmək üçün seçilib.

SİA xəbər verir ki, 2022-ci ildə keçiriləcək 73-cü Konqresə ev sahibliyi etmək üçün finalda 4 namizəd Azərbaycan ("Azərkosmos"), Hindistan (Hindistan Kosmik Tədqiqat Mərkəzi), Sinqapur (Kosmik və Texnologiya Assosiasiyası), Braziliya (Braziliya Kosmik Agentliyi) olub.

Qeyd edək ki, hər il Beynəlxalq Astronavtika Federasiyası qlobal kosmik ictimaiyyəti bir araya toplayaraq Beynəlxalq Astronavtika Konqresini təşkil edir. Builki 70-ci Konqres Vaşinqtonda keçirilib. Bu Konqres Federasiyaya üzv olan dünyanın müxtəlif ölkələrində keçirilir. Ev sahibliyi edəcək ölkə Federasiyanın müəyyən tələblərinə cavab verməlidir.

Son illərdə tədbir 4500-dən çox iştirakçı cəlb edib.

Bütün xəbərlər Facebook səhifəmizdə