"Instagram"ın işində problem yaranıb

Bazar günü bir sıra ölkələrdə "Instagram" sosial şəbəkəsinin işində problem yaranıb. SİA xəbər verir ki, bu barədə "Downdetector" xidməti məlumat yayıb. "Instagram"ın işində problem ABŞ-ın Şərq sahili vaxtı ilə 22:17-dən (Bakı vaxtı ilə 06:17-dən) müşahidə olunur", - deyə məlumatda bildirilir. Sosial şəbəkədəki problemlərdən daha çox ABŞ, Braziliya, Belçika, Niderland və Fransa sakinləri şikayətlənirlər. Nasazlıqlara həmçinin Almaniya, Meksika, Polşa, Böyük Britaniya, Serbiya, Çili, Yaponiya və Malayziyada rast gəlinib. Sözügedən regionlardakı istifadəçilərin əksəriyyəti (təqribən 50%) xəbər lentini yeniləyə bilmir, 29% öz hesabına daxil ola bilmir, daha 20% isə "Stories"ə baxmaqda çətinlik çəkir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...