Mən futbol fanatı deyiləm. Amma maraqlı oyunlara baxmaqdan və zövq almaqdan da vaz keçmirəm. Mənim düşüncəmə görə, hər bir futbol oyunu sonu bəlli olmayan və kəskin süjetli bədii əsərə bənzəyir. Hər dəqiqə yeni, gözlənilməz nəyinsə baş verəcəyini gözləyib də, həsrətlə dəqiqələri ötürürsən. Bu baxımdan, futbol mənim üçün yeni bir bədii əsəri oxumaq qədər ruhumu qidalandıran idman yarışıdır. O da ola, təkcə Avropanın deyil, dünyanın ən mötəbər turnirlərindən olan Avropa Liqasının final oyunu.
Bilmirəm, Avropa Futbol Liqası başbilənləri bilərəkdən, ya bilməyərəkdən Bakıda keçiriləcək bu möhtəşəm final oyununu Azərbaycanın Respublika Gününün sabahına – may ayının 29-na təyin edib. Söz yox, 28 May Respublika Günü hər bir azərbaycanlının yüksək səviyyədə qeyd etdiyi milli bayramlarımızdandır. Məhz həmin gün Azərbaycan xalqı dünyaya Şərqin ilk demokratik Cümhuriyyətini “bəxş etdi” və bununla da, beynəlxalq aləmdə sivil dünyanın layiqli üzvü olaraq, varlığını ortaya qoymuş oldu. Belə bir tarixi günün ardınca xalqımıza möhtəşəm final bəxş edilməsi, bizlərin bayram əhval-ruhiyyəsinə yeni və xoş ovqat qatan amildir. Nəzərə alsaq ki, Avropanın çox dövlətləri var ki, on illər boyu ölkəsində belə yarışların keçirilməsi üçün dəridən-qabıqdan çıxır, ancaq buna nail ola bilmir, o zaman bu yarışın Azərbaycanda keçirilməsinin idman baxımından əlavə, siyasi baxımdan da, nə qədər önəmli olduğunu anlamış olarıq.
Mən bayramlar ərəfəsində özümün də, oxucularımın da ovqatını korlayıb anti-Azərbaycan qüvvələrin final oyununun Bakıda keçrilməsi ilə bağlı yaratdıqları süni ajiotajla bağlı nəsə demək istəməzdim. Ancaq nə edək ki, həmişə və hər bir tarixi uğurumuz zamanı gedən karvanı hürə-hürə yola salanlar olduğu kimi,indi də bu it hürüşməsinə bir-iki kəlmə fikir bildirməsək, olmur. Deyək ki, Muxtaryan (təəccüblənməyin, onun soyadı, məhz Muxtaryandır, həmişə olduğu kimi, erməniləşdirib, Mxitryan ediblər) haydır, türkün düşmənidir və bu məqamdan da istifadə edib millətinin özü kimi cılız düşüncəli adamlarının gözündə imic qazanmaq istəyir. Bəs Böyük Britaniya kimi nəhəng bir dövlətin diplomatiya başqanına nə düşüb ki, heç bir əsası olmayan, zəif arqumentlərə əsaslanan, Azərbaycan-Britaniya münasibətlərinin ruhu ilə heç cür uyuşmayan bəyanat verir? Deməli, məşhur ingilis deyimində səsləndiyi kimi, ingilislərin daimi dostu yox, daimi maraqları var. Amma onu da anlamıram ki, əcəba, bu haylardan ingilislərin hansı maraqları üstlənir ki, bu varianta əl atılır! Bu mövzu o qədər ciddi təhlilə ehiyacı olan mövzudur ki, dərinə gedib yaşadığımız bayramlar əhval-ruhiyyəmizi korlamaq istəmirəm. Sadəcə, bir daha xaırlatmağı lazım bilirəm ki, bizə çox belə hürənlər olub. Amma bizim karvan elə yolla irəliləyir ki, belə köpəklər onun keçməsinə indiyə kimi, mane ola bilməyib, bundan sonra da mane ola bilməyəcəklər.
Sabah Respublika Günümüzdür. Bayramınız və bayramımız mübarək, AZƏRBAYCAN XALQI! Biri gün, yəni bayram sabahı daha bir bayramdır! Bu bayramın özəlliyi isə ondadır ki, həmin gün təkcə Azərbaycan xalqının deyil,bütün dünyanın futbolsevərlərinin ürəkləri Bakı ilə bir döyünəcək. Bütün yer kürəsi həmin gün Bakıya baxacaq. Bilmirəm, bundan böyük bayram hədiyyəsi nə ola bilərdi? Qalır, xalqımızın həmişəki kimi, bu möhtəşəm final ərəfəsində də dünyanı heyrətləndirəcək mədəniyyət nümayişinə, mənim şəxsən buna şübhəm yoxdur. Əminəm ki, kimlər təxribat törəməyə cəhd etmək istəyəcəksə, onların qarşısının alınmasında hüquq-mühafizə qurumları ilə bərabər hər bir ölkə vətəndaşı da fəallıq göstərəcək. Başlıcası ona görə ki, bizi sevməyənlərin, yəni hayların və haypərəstlərin istəklərini ürəklərində qoymağa yenə də hazır olmalıyıq. Bu günlərdə hər kəsdən, hər bir ölkə sakinindən bayram əhval-ruhiyyəsini pozmamaqla, ayıq olmaq tələb olunur. Bu, ilk deyil, son da olmayacaq. Olduqca da, bizi sevməyən itlər daha da quduracaq. Quduranların qarşılarına sümükdən-zaddan ataq, amma çomağımızı əlimizdə hazır tutaq. Çünki qudurmuşa tövbə yoxdur!..

Təhmasib Novruzov

Bütün xəbərlər Facebook səhifəmizdə