HUAWEI telefonları işlədənləri nə gözləyir?

ABŞ-ın Huawei telefonlarına qarşı məlum sanksiyasından sonra təbii ki, bu telefonlardan istifadə edənlər üçün də problemlər qaçılmaz olacaq. SİA-nın məlumatına görə, bu barədə "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib.

Onun sözlərinə görə, ABŞ şirkətləri, xüsusilə Google Huawei üçün gərəkli olan servisləri bağlayacaqlar. Update olmayacaq: "Bunun üçün 1 il vaxt da müəyyən olunub. Hazırda bu istiqamətdə hiss olunur ki, Çin və ABŞ arasında çox kəskin mübarizə gedir. Güman ki, Çin də hansısa üsullarla təsir etməyə çalışır. Əlbəttə mümkündür ki, "Facebook" məsələsində olduğu kimi burada da müəyyən yumşalmalar olsun. İstənilən halda HUAWEI istifadə edən vətəndaşlar baş verənlərin fərqində olmaldır və alternativlər üzərində düşünmələri faydalı ola bilər".

O həmçinin əlavə edib ki, Azərbaycanda qeyri-dövlət sektorunda, o cümlədən vətəndaşlar arasında informasiya təhlükəsizliyinə cavabdeh qurum Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (NRYTN) yanında Elektron Təhlükəszilik Xidmətidir. Məhz bu qurum hazırda vətəndaşlar üçün ağlabatan bir tövsiyələr verməlidir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...