Dünyanın ən təhlükəli smartfonları açıqlandı

ABŞ Federal agentliyinin mütəxəssisləri ən təhlükəli smartfonların siyahısını hazırlayıb. Siyahıya 18 modeldən olan mobil cihazlar daxildir. "Anti-reytinqdə” yer alan smartfonlar ən yüksək SAR-şüalanma (insan orqanizminin bir saniyəyə elektromaqnit enerjinin udma nisbəti) göstəricisinə malikdir. Bu haqda "Life.ru” məlumat yayıb.

"Anti-reytinqdə” birinci yerdə "Google” şirkətinin istehsal etdiyi "Pixel 3 XL” smartfonu gəlir.

Sözügedən smartfonda elektron maqnit şüalanmanın insanın baş nayihəsinə təsiri ilə bağlı xüsusi mütənasib səviyyəsi 1,35 Vt/kq, bədənin qalan hissələrinə təsir səviyyəsi isə 1,52 Vt/kq təşkil edir (maksimal göstəriciyə əsasən).

İkinci yerdə "Google Pixel 3” (1,34 Vt/kq), üçüncü yerdə isə "OnePlus” qaceti gəlir.

Ardıcıl olaraq siyahıda "LG V40”, "iPhone XS Max” və "XS” smartfonları öz yerlərini tutur. Onların SAR-şüalandırma göstəriciləri kritik səviyyədə olmasa belə, normadan kifayət qədər yüksəkdir.

"Apple”, "Google” və "Samsung”un yeni modelləri də şüalanmanın insan orqanizminə təsiri baxımından siyahıda yuxarı pillələrdə mövqe tutur.

Bütün xəbərlər Facebook səhifəmizdə