"iPhone"lar rəsmi olaraq qadağan edildi

Almaniyada “Apple” və “Qualcomm” şirkətləri (Simsiz rabitə vasitələrinin hazırlanması və tədqiqi üzrə ixtisaslaşan şirkətdir) arasında iddia məhkəməsi yekunlaşdı. SİA-nın türk mətbuatına istinadən məlumatına görə, qərara əsasən “Apple” ın “iPhone 7” və “iPhone 8" modelləri rəsmi olaraq Almaniyada qadağan edildi.

Belə ki, “Qualcomm” şirkəti öz enerji qənaət xüsusiyyətini “iPhone” cihazlarında lazımlı icazələrin alınmadan istifadə edildiyini və məhkəməyə müraciət etdiyini söyləyib.

20 dekabrda qəbul edilən bu qərar hələ qüvvəyə minməyib. “Qualcomm” şirkəti 1,34 milyard avro girov müqaviləsi imzaladıqdan sonra qərar rəsmi olaraq qüvvəyə mindi. Alman məhkəməsi həmçinin “Qualcomm” şirkətinə bu telefonların satışından gələn gəliri tələb etmək hüququnu da verdiyini bildirib.

Beləliklə, yeni il ərzində gəlirləri xeyli azalan “Apple”ə bir zərbə də Almaniya tərəfindən vuruldu. “Qualcomm” şirkətinin telefon satışından əldə edilən gəlirin tələb edib, etməyəcəyi hələ ki, bəlli deyil.

Müəllif: Minarə Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə