iOS 12.1.1 çətinliklərlə boğuşur!

“Apple”-ın yayımladığı İOS 12.1.1 yenilənməsi bəzi “iPhone” modellərində mobil məlumatlara bağlanabilmə probleminə səbəb olub. Bəs bu cür çətinliklərlə qarşılaşdığınız təqdirdə nə etməli?

Belə ki, Apple, ötən günlərdə bəzi xətaları aradan qaldırdığını və “Facetime” axtarış ekranında yaxşılaşdırma işləri apardığı İOS 12.1.1 yenilənməsi haqqında məlumatlar yaymışdı. Lakin təəssüf ki, “iPhone Xs” və “iPhone Xr” üçün gələn bu yenilənmənin gətirdiyi yeniliklərlə bərabər bəzi problemlər gətirdiyi də ortaya çıxdı. Bəs bu versiyada yaşanan problemlər hansılardır?

1 - “Google Assistant” “iOS”-də “Siri”-ni əvəz edə bilir.

2 - Son “iOS”-yenilənməsini yükləyən bəzi “iPhone” istifadəçiləri mobil məlumatlar problemindən şikayətlənməyə başlayıb

3 - iOS 12.1.1 versiyasında mobil məlumatlar bir-birinə qarışır.

Məsələn, LTE açıq olduğu halda, “Safari”-də nə isə axtarmaq istəyərkən qarşınıza sanki mobil məlumatlar qapalıymış kimi “Mobil məlumatlar aktiv deyil” “İnternetə qoşula bilmək üçün cihazınızda mobil məlumatları aktivləşdirin və ya “Wi-Fi”-dan istifadə edin” tipli bildirişlər çıxır. Ancaq həmin xəbərdarlıq ekranından sonra “Whatsapp”-a keçid edən istifadəçi bu və digər “Google” applikasiyalarının mobil məlumatlara qoşulub işlədiyini bildirir.

Yəni, son iOS yenilənməsi və mobil məlumatlar sistemsiz şəkildə işləyir, loruca “zövqünə görə hərəkət edir” demək mümkündür. Lakin bu qədər böyük probleminin həlli üçün “Cupertino” mərkəzli bir firmanın 2018-ci il bitməmiş iOS 12.1.2 yenilənməsi ilə qarşımıza çıxacağını da qeyd etməmək olmaz.

Mirçingiz Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə