“Twitter” sosial şəbəkəsi ABŞ-da orta müddətli seçkilərin əleyhinə çağırışlar göndərmək üçün istifadə edilən minlərlə hesabı silib. SİA bu barədə “Bloomberg”ə istinadən xəbər verir.

“Biz yanlış məlumatı avtomatik olaraq yaymaq istəyən bir neçə hesabı silindik. Çünki, bu, bizim siyasətimizin pozulmasıdır. Tezliklə bu fəaliyyəti və onun mənbəyini dayandırdıq”, - deyə şirkətin nümayəndəsi açıqlayıb.

Şirkət nümayəndəsi bildirib ki, bu cür hesabların silinməsi prosesi sentyabr-oktyabr aylarında həyata keçirilib.

Bundan əlavə, “Reuters” saytında da sosial şəbəkənin ən azı on min belə hesabı sildiyi açıqlanıb.

Qeyd edək ki, bundan öncə də “Twitter”in ABŞ-da keçiriləcək seçkilərlə əlaqədar yanlış məlumatlar yayan profillərlə mübarizə aparıldığı bildirilmişdi. Beləliklə, avqust ayında müxtəlif ölkələrdə Respublika Partiyasının rəsmi səhifəsi kimi özlərini təqdim edən təxminən 50 hesab silinib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə