Facebok istifadəçilərinin sayı 2.27 milyarda çatıb

Dünyada Facebok istifadəçilərinin sayı artaraq 2.27 milyard nəfərə çatıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu barədə şirkətin üçüncü rübü ilə bağlı hesabatında qeyd olunub.

Hesabata görə, 2017-ci ilin II-III rübü ilə müqayisə bu il istifadəçilərin sayında 10 faiz artım müşahidə olunub. Söhbət sosial şəbəkəyə heç olmasa ayda bir dəfə daxil olanlardan gedir. Bununla yanaşı, car ilin sentyabr ayında 1.49 milyard insan gündə bir dəfə də olsa, sosal şəbəkədən istifadə edib. Bu rəqəm ötən ilin hesabat dövrü ilə müqayisədə 9% artıb.

Şirkət həmçinin 30 sentyabrda bitən üç aylıq dövr üçün əldə etdiyi gəlirin ümumi 5,14 milyard dollar olduğunu açıqlayıb. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 9 faiz çox olub. 2017-ci ilin eyni dövründə şirkətin qazancı 4,71 milyard dollar olub.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...