Azərbaycanda ilk dəfə kibertəhlükəsizlik sahəsində beynəlxalq statuslu təlimlər keçiriləcək

CYBERO MMC Azərbaycanda ilk dəfə kibertəhlükəsizlik sahəsində beynəlxalq statuslu təlimlər keçirəcək. MMC-dən AZƏRTAC-a bildirilib ki, CYBERO MMC kibertəhlükəsizlik sahəsindəki təlimlərinin beynəlxalq sertifikatlaşdırılmasını həyata keçirmək üçün Beynəlxalq Telekommunikasiya İttifaqının (ITU) kibertəhlükəsizlik üzrə qlobal reytinqində 3-cü yerdə olan Malayziyanın Kibertəhlükəsizlik Mərkəzinin “Global Accredited Cybersecurity Education (ACE) Scheme” sisteminə qoşulmaqla bağlı qarşılıqlı Anlaşma Memorandumu imzalayıb.

Yaxın gələcəkdə MMC aşağıdakı istiqamətlərdə beynəlxalq statuslu təlimlərini və sertifikasiya mərkəzini təqdim edəcək:

• CSAP (Certified Secured Applications Professional)

• CISAM (Certified Information Security Awareness Manager)

• CISMS (Certified Information Security Management System - Internal Auditor)

• CDFFR (Certified Digital Forensics First Responder)

• CPT (Certified Penetration Tester)

• CCDA (Certified Cyber Defender Associate)

Artıq CYBERO MMC-nin təlimçiləri “Certified Cyber Defender” təlimi üzrə sertifikatlaşdırılıb və ilk təşkil olunacaq təlimlərin də məhz CCDA sertifikatı üzrə kadrların hazırlanmasına yönəldilməsi nəzərdə tutulub.

CYBERO MMC-nin məqsədi sadəcə pullu təlimlər vasitəsilə mütəxəssis yetişdirmək deyil, eyni zamanda, pulsuz seminarların təşkili, maarifləndirici videoçarxların hazırlanması, sosial ayıqlıq layihələri vasitəsilə insanları və müəssisələri kibertəhdidlərdən xəbərdar etmək, insanlar arasında informasiya təhlükəsizliyinə riayət etikasını formalaşdırmaq və cəmiyyətdə bu sahədəki ayıqlıq səviyyəsini artırmaqdır.

Bütün xəbərlər Facebook səhifəmizdə