Kiber təhlükəsizlik sahəsində bir İLK

CYBERO MMC Azərbaycanda bir ilkə imza ataraq Kiber təhlükəsizlik sahəsindəki təlimlərinin beynəlxalq certifikatlaşdırılmasını həyata keçirmək üçün İTU-nun Kibertəhlükəsizlik üzrə qlobal reytinqində 3-cü yerdə olan Malaziyanın Kiber Təhlükəsizlik Mərkəzinin “Global Accredited Cybersecurity Education (ACE) Scheme” sisteminə qoşulmaqla bağlı qarşılıqlı anlaşma memorandumu imzalayıb. SİA-nın xəbərinə görə, yaxın gələcəkdə CYBERO MMC aşağıdakı istiqamətlərdə Beynəlxalq statuslu təlimlərini və certifikasiya mərkəzini təqdim edəcək:

• CSAP (Certified Secured Applications Professional)

• CISAM (Certified Information Security Awareness Manager)

• CISMS (Certified Information Security Management System - Internal Auditor)

• CDFFR (Certified Digital Forensics First Responder)

• CPT (Certified Penetration Tester)

• CCDA (Certified Cyber Defender Associate)

Artıq CYBERO MMC-nin təlimçiləri “Certified Cyber Defender” təlimi üzrə sertifikatlaşdırılıb və ilk təşkil olunacaq təlimlərin də məhz CCDA sertifikatı üzrə kadrların hazırlanmasına yönəldilməsi nəzərdə tutulub. Cybero MMC olaraq məqsədimiz sadəcə pullu təlimlər vasitəsi ilə mütəxəssis yetişdirmək deyil, eyni zamanda pulsuz seminarların təşkili, maarifləndirici video çarxların hazırlanması, sosial ayıqlıq layihələri vasitəsi ilə insanları və müəssisələri kiber təhditlərdən xəbərdar etmək, insanlar arasında informasiya təhlükəsizliyinə riayət etikasını formalaşdırmaq və cəmiyyətdə bu sahədəki ayıqlıq səviyyəsini artırmaqdır.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə