Bu telefonların satış həcmi yüksəlib

Dünyada ilk dəfə internetə çıxışı olmayan telefonların satış həcmi yüksəlib. “Sky.com” saytı xəbər verir ki, yalnız zəng edən və zəngləri qəbul edən mobil telefonların satış həcmi ilk dəfə ötən il beş faiz yüksəlib.

İnternetə çıxış imkanına malik olan smartfonların satış həcmi iki faiz artım səviyyəsində olub ki, bu da aşağı göstəricidir.

Materialın müəllifləri bildiriblər ki, belə tendensiyanın səbəblərindən biri alıcıların gün ərzində sosial şəbəkələrdən uzaq olmaq istəyidir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...